"Azər Türk Bank"dan uşaqlar üçün 20% "cashback" kampaniyası

"Azər Türk Bank"dan uşaqlar üçün 20% "cashback" kampaniyası
Kateqoriya məlum deyil
T

Dövlət bankı "Azər Türk Bank" Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "atb Junior" kartı ilə ödənişlər üzrə yeni kampaniyaya başlayır.

 

Belə ki, 1 iyun 2025-ci il tarixindən etibarən ölkə daxilindəki:

 

  • əyləncə mərkəzlərində
  • oyuncaq mağazalarında
  • kitab mağazalarında
  • kinoteatrlarda
  • teatrlarda
  •  

"Atb Junior" kartı ilə ödənişlər zamanı "Azər Türk Bank"ın müştərilərinə 20% həcmində "cashback" hesablanacaqdır.

 

Kampaniyanın müddəti 7 iyun daxil olmaqla həmin tarixədəkdir.

 

Hesablanacaq maksimum cashback limiti 50 manat həcmindədir.

 

Qeyd edək ki, "atb Junior" kartı 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.

 

Beşillik xidmət müddətli "atb Junior" kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.

 

Xatırladırıq ki, "atb Junior" kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.

 

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, "WhatsApp" (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR