Azərbaycan bu məhsulların idxalına 756 milyon dollar xərcləyib

İqtisadiyyat
17:45 / 24.05.2025
5198
2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 756 milyon 423.9 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.7% və ya 108 mln. 329 min dollar çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycana 648 mln. 94.9 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən nəqliyyat vasitələri və onların hissələrinin dəyəri Azərbaycanın ümumi idxalının 9.30%-ni təşkil edib.