Azərbaycanda süd məhsullarının istehsalı azalıb - Rəqəmlər

Azərbaycanda süd məhsullarının istehsalı azalıb - Rəqəmlər

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 min 299,3 ton qaymaq və xama istehsal edilib.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % azdır.

 

Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 3,6 % azalaraq 17 min 487,7 tona çatıb.

 

Mayın 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 100,1 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.

 

Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.


OXŞAR XƏBƏRLƏR