"Azər Türk Bank" "UnionPay" ödəniş sisteminə aid kartlar üzrə xidmətə başladı

Dövlət bankı "Azər Türk Bank"a aid ATM-lərdə və POS-terminallarda UnionPay International beynəlxalq ödəniş sisteminə aid kartlar vasitəsilə əməliyyatlar və ödənişlər artıq mümkündür.
Yaxın zamanda "UnionPay" kartlarının elektron ticarətdə də qəbuluna başlanacaqdır. "UnionPay" brendi ilə tərəfdaşlıq "Azər Türk Bank"la əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni satış imkanları əldə etməsinə vəsilə olacaqdır. Qeyd edək ki, "UnionPay" kartları Azərbaycan da daxil olmaqla dünyanın 183 ölkə və
regionunda qəbul edilir və Çinin materik hissəsindən kənarda buraxılan kartların ümumi sayı 200 milyonu ötür.
Xatırladırıq ki, Bankımızın ənənəvi POS-terminal, habelə “atb pos” (mobil POS), “e-commerce” (elektron ticarət) və “e-pos” kimi müasir xidmətlərindən istifadə edən
sahibkarlar "UnionPay International" və həmçinin "Visa", "Mastercard" və "JCB" (Japan Credit Bureau) International beynəlxalq ödəniş sistemlərinə aid kartlar ilə ödənişləri yerinə yetirə bilirlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945 , yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.