"Birbank"ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı

"Birbank"ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı

Azərbaycanlı alpinist Vəfa Musayeva dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsini fəth edərək tarixi bir uğura imza atdı. Bu möhtəşəm nailiyyətə gedən yolda onun əsas tərəfdaşlarından biri isə "Birbank" oldu.

 

8848 metr yüksəklikdə yerləşən Everest dağı Nepal və Çin sərhədində, Himalay dağ silsiləsində yerləşir. Bura qalxmaq coğrafi baxımdan ən çətin zirvələrindən biri sayılır. Ekstremal hava şəraiti, -40°C-yə qədər düşən temperatur, oksigen çatışmazlığı, güclü küləklər və yüksək risklər alpinistlər üçün bu səyahəti son dərəcə çətin və təhlükəli edir. Bu səbəbdən Everestə qalxmaq yalnız fiziki güc deyil, həm də yüksək iradə, psixoloji dayanıqlılıq və illərlə davam edən ciddi hazırlıq tələb edir.

 


“Mən səkkiz ildir Everesti fəth etməyi düşünürdüm. Lakin son iki ildə bu məqsəd üçün çox ciddi hazırlaşırdım” – deyə Bakıya qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Vəfa Musayeva bildirib. “Çətinliklərin çox olmasına baxmayaraq, mən bunu bacardım”.

 


Vəfa Musayeva bildirib ki, bu zirvəyə aparan yolda Birbank-ın dəstəyi onun üçün xüsusi rol oynayıb. “"Birbank" komandası mənimlə hər gün əlaqə saxlayır, motivasiya verirdi. Mən onların dəstəyini daim hiss edirdim. Bu qədər inam və dəstək qarşısında mən də Azərbaycan üçün irəli getdim” – deyə alpinist vurğulayıb.


O, zirvəyə çatdığı anı isə belə xatırlayır:

 

“Zirvəyə çatanda özümdən asılı olmadan bir də gördüm ki, alnımı Everestə qoymuşam. Ona məni qəbul etdiyi üçün təşəkkür etdim. Dağlar həqiqətən də müqəddəs yerlərdir. O səni çağırmalı və qəbul etməlidir. Mən buna inanıram. Daha sonra bayrağımızı səmaya qaldırdım və emosional duyğular yaşadım. Külək və şaxta idi, orada çox qalmaq olmazdı. Ancaq bayrağımızla şəkil və qısa bir video çəkdirə bildim, daha sonra geri qayıtdım”.

 


Qeyd edək ki, "Birbank" bir çox istiqamətlərdə qadınların liderlik və təşəbbüskarlıq sahələrindəki inkişafını hər zaman dəstəkləyir və Vəfa Musayevanın bu uğurunu qadın gücünün, qətiyyətin və milli qürurun parlaq nümunəsi kimi qiymətləndirir. 
 


OXŞAR XƏBƏRLƏR

Emin Əmrullayev İSESKO-nun baş direktoru ilə görüşdü - FOTO

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir.   ...

16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ

Sabirabadda 16 yaşlı gəlini qətlə yetirməkdə təqsirləndirilən 21 yaşlı həyat yoldaşı Seyidrəsul Talıbzadə barədə həbs qətimkan tədbiri seçilib.   Sfe...

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-q...

Ən tənbəlBÜRCLƏRhansılardır?

Bürc dairəsinin hansı nümayəndələri tənbəlliklə seçilir? Amma işsizlikdən, laqeydlikdən danışmırıq.   Sfera.az xəbər verir ki, tənbəllik daha ço...

Əhalinin nəzərinə - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İs...

Şuşanın işğalı zamanı dediyi sözləri dandı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın Ermənistan tərəfindən işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın...