"Birbank Visa" kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası

"Birbank Visa" kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası

"Birbank Visa" taksit və debet kart sahibləri üçün “Bir dünya fürsət” adlı kampaniyaya start verilir. Kampaniya çərçivəsində müştərilər həm xarici onlayn platformalarda, həm də xarici ölkələrdə edilən ödənişlərə görə 10 000 manatadək pul mükafatı qazana bilərlər.

 

19 may - 30 iyun 2025-ci il tarixlərində keçirilən kampaniya çərçivəsində "Birbank Visa" kartları ilə xarici saytlarda və tətbiqlərdə ən çox pul xərcləyən ilk 5000 müştəri, eləcə də xaricdə POS-terminal vasitəsilə ən çox pul xərcləyən ilk 500 müştəri kampaniyanın qalibləri sırasına düşəcək. Qeyd edək ki, hər iki istiqamət üzrə (xarici onlayn platformalar və xarici ölkədə ödənişlər) ayrı-ayrılıqda kampaniyanın üçüncüsünü 2000, 3000, qalibini isə 10 000 AZN pul mükafatı gözləyir. Digər sıralarda olan
minlərlə müştəri isə müxtəlif pul mükafatları qazanacaq. İştirakçılar xüsusi hazırlanmış səhifəyə daxil olaraq FİN və doğum tarixi məlumatlarını yazmaqla sıralamadakı yerlərini, xərclədikləri məbləği və əməliyyatların sayını izləyə bilərlər. Qeyd edək ki, seçim onlayn və POS ödənişlər üzrə ayrı-ayrılıqda aparılacaq.

 

Kampaniyadakı cari nəticələr və kampaniya haqqında ətraflı məlumat üçün: //b-b.az/bdfp

 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün  //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

"Kosmos Müqaviləsindəki prinsip pozulur"- Çindən ETİRAZ

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ABŞ-ni "Qızıl Qübbə" qlobal raketdən müdafiə sisteminin inkişafı və yerləşdirilməsindən imtina etməyə v...

İlham Əliyev Tələt Məcidovla bağlı Sərəncam imzaladı

Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ...

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb - FƏRMAN

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.   ...

"Azərbaycan Macarıstan münasibətləri tərəfdaşlıq səviyyəsindədir" - Şəhla Ağbulud

Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanımışdır. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb....

İlham Əliyev onları təltif etdi - Sərəncam

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxs təltif edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Pr...

Rəsmi qərar verildi - Allahşükür Paşazadə...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib. Sfera.az  xəbər verir ki, bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşaza...