Azərbaycanda mobil telefon istehsal olunacaq? - AÇIQLAMA

Azərbaycana hər ay 80-100 min ədəd mobil telefon idxal edilir. Bu məqsədlə də ayda 20-30 milyon dollar xərclənir.
Rəqəmlərdən görünür ki, dövriyyə böyükdür.
Maraqlıdır, Azərbaycan Çin şirkətlərinin köməyi ilə mobil telefon istehsalını təşkil edə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda mobil telefonların yığılması mümkün ola bilər.
Onun sözlərinə görə, hazırda ölkəmizdə istehsal üçün uyğun mühit yoxdur:
“İstehsal üçün komponentlərin bəziləri Azərbaycanda istehsal olunmalıdır ki, ona da indiki vəziyyətdə imkan olduğunu düşünmürəm. Bu səbəbdən komponentlərin bəzi hissələrinin ölkəmizdə istehsalını öyrənmək lazımdır. Azərbaycanda mobil telefon istehsalı yox, yığılmasını təşkil etmək mümkündür. Bunun üçün də vergi və gömrük güzəştləri olmalı, istehsal xərcləri azaldılmalıdır ki, xarici, o cümlədən, Çin inverstorları buna maraq göstərsinlər”.
Firuzə Əliyeva
Sfera.az