Putin “hə” dedi, MÜHARİBƏ BAŞLAYIR: Qarabağ üçün...

Putin “hə” dedi, MÜHARİBƏ BAŞLAYIR: Qarabağ üçün...

"Qarabağ münaqişəsinin həlli qeyri-müəyyən vaxta qədər təxirə salına bilər. Çünki aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və ölkədə idarəçilik sistemi dəyişəcək. Serj Sarkisyanın prezident səlahiyyətləri isə 2018-ci ilin aprelində başa çatır. Bu vəziyyətdə Ermənistan tərəfindən Qarabağ danışıqlarını kimin aparacağı müəmmalı olaraq qalır”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "lragir” saytı yazıb.

Sayt yazır ki, belə vəziyyətdə münaqişənin həlli məsələsi də təxirə salınır, hətta danışıqlar prosesi sıfırlanır: "Hazırda Rusiya və Azərbaycan arasında münaqişə ilə bağlı fikir ayrılığı yaransa da, Ermənistanın məsələni uzatması Kremlin də xoşuna gəlməyə bilər. Ermənistan əsas prioritet kimi status-kvonu qorumağa və müdafiə xəttini gücləndirməyə çalışır. Serj Sarkisyan da çıxışlarında bunu bildirdi. Əslində müdafiə naziri Viqen Sarkisyanın İrana səfəri də bu kontekstdə diqqət çəkir. Lakin Bakı bu vəziyyətdən narahatdır. Bu vəziyyətin Ermənistan üçün nəticələrinin nə olacağı da müəmmalıdır”.

Məqalədə bildirilir ki, Rusiya münaqişənin hərbi yolla həllinə icazə verə bilər.

"Situasiya Kremlin regiondakı maraqlarının əleyhinə çevrilərsə, o zaman, müharibə variantına "hə” deyəcək. "Aprel müharibəsi” göstərdi ki, bu, Ermənistan üçün sərfəli deyil”, - deyə sayt qeyd edib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...