Ərzaq məhsullarından ən çox meyvə və tərəvəzlər bahalaşıb - Müqayisə

İqtisadiyyat
13:05 / 13.05.2025
3114
2025-ci ilin aprelində ərzaq məhsulları arasında aylıq müqayisədə ən çox bahalaşma meyvə və tərəvəzlərdə qeydə alınıb.
Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, bir ay ərzində meyvələr 2,5 faiz, tərəvəzlər 1,6 faiz bahalaşıb.
Müqayisə üçün bildirək ki, apreldə ərzaq məhsullarının qiymət səviyyəsi ümumilikdə 0,6 faiz yüksəlib.
Meyvələrdən daha çox bahalaşma limonda, portağalda, bananda, almada və armudda qeydə alınıb.
Tərəvəzlərdən isə və brokkolini, şirin bibər, süfrə çuğunduru, soğan və kartof daha çox bahalaşıb.
Vasif