İllik inflyasiya 6 faizi ötüb - Statistika

İllik inflyasiya 6 faizi ötüb - Statistika
Kateqoriya məlum deyil
T

2025-ci ilin aprelində Azərbaycanda illik inflyasiya bir qədər də artaraq 6,3 faizə çatıb. Əvvəlki ayda illik inflyasiya 5,9 faiz olmuşdu. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son bir ildə qida məhsulları 7,8 faiz, ödənişli xidmətlər 7,6 faiz, qeyri-qida məhsulları 2,7 faiz bahalaşıb. 


2025-ci ildə dördaylıq inflyasiya isə illik inflyasiya ilə müqayisədə bir qədər aşağı olub. İlk 4 ayda orta inflyasiya 5,8 faizdir. Bu göstərici ödənişli xidmətlərdə 7,7 faiz, qida məhsullarında 6,2 faiz, qeyri-qidada 2,7 faiz olub. 


Vasif
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR