"Birbank" “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

"Birbank" “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Fərdi yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə seçilən "Birbank" Private beynəlxalq maliyyə nəşri olan “International Investor” tərəfindən 2025-ci il üzrə “Best Private Banking Azerbaijan” mükafatına layiq görülüb. Bu mükafat, həm də "Birbank" Private-in müştərilərinə göstərdiyi üstün və unikal xidmət təcrübəsinin beynəlxalq miqyasda təsdiqidir. Böyük Britaniyada nəşr olunan “International Investor” beynəlxalq investisiya və maliyyə sahəsində innovasiya, liderlik və performans üzrə dünyanın aparıcı şirkətlərinin yer aldığı jurnallardan biridir.

 
Fərdi yanaşma prinsipini əsas götürən "Birbank" Private müştərilərinə bank hesablarının idarə edilməsi, hər növ maliyyə məsələləri üzrə peşəkar məsləhət, individual bank xidmətləri və peşəkar şəxsi menecer kimi imkanları təqdim edir. İstənilən maliyyə ehtiyacını qarşılayan xüsusi kredit təklifləri, fərdi faiz şərtləri ilə təqdim olunan kreditlər müştərilərə maksimum rahatlıqla yanaşı, vaxta qənaət fürsəti də qazandırır. Bununla yanaşı, müştərilər seçdikləri valyutada “Birbank Premium” kartlarına sahib ola bilərlər.


Qeyd edək ki, Birbank Private müştəriləri hava limanlarında ödənişsiz sürətli keçid (“Fast Track”), “Business Lounge” premium zallarına giriş, geniş sığorta paketi, transfer və 24/7 konsyerj xidmətləri daxil olmaqla daima yenilənən bir sıra fərqli üstünlüklərdən yararlana bilirlər. Həmçinin alış-veriş zamanı xüsusi endirimlər, premium otellərdə əlavə fürsətlər və seçilmiş tədbirlərə eksklüziv giriş imkanı da təqdim olunur. 


Müştərilər üçün investisiya sahəsində də geniş imkanlar mövcuddur. Portfel idarəçiliyi, depozitlər, istənilən növ qiymətli kağızlar və dəyərli əşyaların qorunması üçün depozit seyfi kimi məhsullar fərdi ehtiyaclara uyğun şəkildə təqdim olunur. Depozit məhsullarında həm yerli, həm də xarici valyutada sərbəst şərtlərlə əmanət yerləşdirmək də mümkündür. 


Yüksək xidmət standartlarını fərdi müştərilərinə daha da əlçatan etmək üçün Birbank Private yaxın günlərdə Neftçilər prospekti 153, Port Baku 2  ünvanında yerləşən yeni filialının açılışını edib. Yeni konsepsiya əsasında qurulan bu filial həftə içi 5 gün saat 9:00-dan 17:00-a qədər müştərilərə ən yüksək səviyyədə fərdi bankçılıq xidmətləri göstərir. 
 


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...