"Birbank" Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi

"Birbank" Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi

Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarmarkası təşkil etdi. Bankın dəstəyi ilə həyata keçirilən layihə “Pasha Malls” və “Pasha Real Estate”in tərəfdaşlığı ilə “Gəncə Mall”da baş tutdu. Layihənin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarın bizneslərini və şəxsi inkişafını dəstəkləmək idi.


30-a yaxın sahibkarın ödənişsiz qoşulduğu tədbir yerli sakinlər tərəfindən böyük maraqla qarşılandı. Yarmarka sahibkarlara yeni tanışlıqlar, biznes əlaqələri qurmaq, məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək imkanı yaratdı.


Layihə ilə bağlı fikirlərini bölüşən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə bu kimi təşəbbüslərin davamlı olacağını qeyd etdi:

 

“Biz Kapital Bank olaraq 2018-ci ildən sahibkarlığın inkişafına dəstək göstərməyi öz strateji hədəflərimizdən biri olaraq seçdik. Bu istiqamətdə atdığımız ən mühüm addımlardan biri Birbank Biznes mobil tətbiqinin istifadəyə verilməsi oldu. Sahibkarlar artıq istehsal sahələrini, ofislərini və ünvanlarını tərk etmədən bir neçə dəqiqəyə bank xidmətlərindən yararlanaraq zamanlarını bizneslərinin inkişafına sərf edə bilirlər. Bununla yanaşı, bu gün baş tutan tədbir kimi onlarla layihə də məhz sahibkarlar üçün təşkil olunur. Çünki biz bilirik ki, ölkə iqtisadiyyatının lokomotivi kiçik və orta sahibkarlıqdır. Ona görə də onların həm bizneslərinə, həm də şəxsi inkişaflarına dəstək verməyə davam edirik.”


Qeyd edək ki, Birbank Biznes sahibkarların bir-biri ilə şəbəkələşməsi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində layihələrini davam etdirəcək. 
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
 


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...