Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub - FOTOLAR

Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub.
Təmizlik vasitələri necə istehsal olunur?
Azərsun Kağız Karton İstehsalat Korporasiyasının nəzdində fəaliyyət göstərən Təmizlik Vasitələri fabrikində jurnalistlər üçün görüş təşkil edilib. Görüş çərçivəsində, media nümayəndələrinə fabrikin istehsal prosesi ilə yaxından tanış olmaq imkanı yaradılıb. Eyni zamanda, istehsal olunan markalar və bu məhsulların keyfiyyət standartları barədə geniş məlumat verilib.
2022-ci ildən fəaliyyətə başlayan müəssisənin çox qısa müddət ərzində Azərbaycanda təmizlik vasitələri sahəsində aparıcı mövqeyə yüksəldiyi vurğulanıb. Hazırda fabrikin illik istehsal gücü 22 min ton təşkil edir və bu məhsullar istehlakçılar tərəfindən yüksək qiymətləndirilir.
Fabrikin müasir texnologiyalarla təchiz olunmuş istehsal xəttində İtaliya və Türkiyədən gətirilmiş ən qabaqcıl avadanlıqlardan istifadə olunur. Müəssisənin laboratoriyasında bütün məhsullar keyfiyyət nəzarətindən keçir. Bu, istehsal olunan məhsulların yüksək standartlara cavab verməsinə və müştəri məmnuniyyətini təmin etməsinə zəmin yaradır.
Eyni zamanda təmizlik məhsullarının seçilməsində dayanıqlılıq və ətraf mühitə təsir amillərinə xüsusi diqqət edilir. Dayanıqlı məhsullar yenidən emal oluna bilən materiallardan hazırlanır və tərkibində ətraf mühitə zərər verə biləcək kimyəvi maddələr minimuma endirilir. Ekoloji cəhətdən təmiz məhsullar təbiətə zərər vermədən parçalanır və su hövzələrini çirkləndirmir. Bu cür məhsullar həm ev təsərrüfatlarında təhlükəsiz istifadə imkanı yaradır, həm də ekosistemin qorunmasına töhfə verir. Heyvanlar üzərində test olunmayan bu cür məhsullar həm canlıların, həm də ölkəmizin rifahını nəzərə alan məsuliyyətli istehlak nümunəsidir.
Təmizlik vasitələri fabrikində "Crystalex", "Wipelex", "Pure Sense", "OxyWhite" və "Praxi", "Biodax" kimi geniş çeşiddə məhsullar istehsal olunur. Bu məhsullar arasında qab yuyucu şampunlar, maye sabunlar, şüşə təmizləyicilər, ağardıcılar, dezinfektantlar və səth təmizləyiciləri kimi gündəlik həyatımızda istifadə olunan müxtəlif təmizlik vasitələri mövcuddur. Hər bir məhsulun formulları, istifadəçinin ehtiyaclarına cavab verəcək şəkildə hazırlanıb və alıcılar tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edək ki, məhsullar keyfiyyəti, effektivliyi və sərfəli qiymətləri ilə alıcıların diqqətini çəkib və onların etimadını qazanıb.
Görüşdə Təmizlik Vasitələri Fabrikinin sektordakı gələcək hədəfləri və planları barədə jurnalistlərə məlumat verilib. Fabrik rəhbərliyi, gələcəkdə daha çox məhsul çeşidi istehsal etməyi və müştəri tələblərinə uyğun olaraq istehsal gücünü daha da artırmağı planlaşdırdıqlarını bildirib.