Azərbaycan nefti bahalaşmaqda davam edir

İqtisadiyyat
09:55 / 26.04.2025
1489
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,54 ABŞ dolları, yaxud 0,79 % artaraq 68,55 ABŞ dolları təşkil edib.
Sfera.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 67,5 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,55 ABŞ dolları və ya 0,83 % artaraq 66,82 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.