Bu ərazilərdə çalışanlar üçün ödənişlər dəyişdirilə bilər

Bu ərazilərdə çalışanlar üçün ödənişlər dəyişdirilə bilər

"Azad torpaqlarda çalışanlar üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

 

Millət vəkili qeyd edib ki, azad olunan torpaqlarda yeni Vətən quruculuğunda işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır. Müqəddəs əməyi təmsil edirlər və digər ərazilərdə çalışanlardan fərqləndirilməldirlər. Deputat bu səbəblə Qarabağda çalışanların fəaliyyətinə daha həssas yanaşmanın labüdlüyünü bildirib:

 

"Söhbət qurulu şəraitdə və hazır infrastrukturu olan yerlərdə çalışmaqdan getmir. Ona görə də azad torpaqlarda çalışan hər bir insan üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir. Biz sovet illərində böyük yazıçılarımızın Mil-Muğan çöllərində gedən quruculuq işlərini necə tərənnüm etdiyini yaxşı xatırlayırıq. İndi isə inşaat meydanlarına həqiqətən xüsusi təyinatlı bir ordu-silahsız tikinti briqadaları millətimizin gələcəyi üçün fədakar əməyini görürük. 

İnanırıq ki, müxtətif dövlət təltifləri də Yeni Vətən quruculuğunda çalışan insanlarımıza veriləcəkdir. Çünki onlar 44 günlük müharibədə qəhrəmanlıq göstərən oğullarımızın müqəddəs işlərini davam etdirirlər".


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...