Əhaliyə ŞAD XƏBƏR: Kommunal tariflərin qiyməti ucuzlaşacaq...

Əhaliyə ŞAD XƏBƏR: Kommunal tariflərin qiyməti ucuzlaşacaq...
"Azərbaycanın regionlarında insanların maddi vəziyyəti daha pisdir. Regionlarda elektrik, su, işıq və qazın tarifi Bakı ilə müqayisədə daha aşağı qiymətə olacaq".

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə kommunal tariflərin regionlar üzrə dəyişməsini nəzərdə tutan təklifə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bölgələrdə insanların dolanışığı aşağı olduğu üçün bu qərar xüsusi əhəmiyyət kəsb edir:
"Bu qərarı müsbət qarşılayıram. Azərbaycanın regionlarında insanların maddi vəziyyəti daha pisdir, nəinki şəhərlərdə. Məsələn, regionlarda elektrik, su, işıq və qazın tarifi Bakı ilə müqayisədə daha aşağı qiymətə olacaq. Mən özüm Bakıda yaşayıram, bu qərara da heç bir etirazım yoxdur. Təki rayonlarda, kəndlərdə yaşayan, maddi vəziyyəti aşağı olan insanlara asan olsun".
Hesablama Palatasından büdcə vəsaitlərinin ünvanlılığını artırmaq üçün Milli Məclisə təklif verib.
"Kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və respublika üzrə əhatə dairəsinin genişləndirilməsi fonunda məcburi köçkünlərin dislokasiyasının dəqiqləşdirilməsi, növbəti illərdə mövcud meyillərin təhlili nəticəsində kommunal xidmətlər üzrə norma və tariflərin regional diferensiasiyasının tətbiqi büdcə vəsaitlərinin səmərəli istifadəsinə səbəb olacaq", – təklifə bildirilib. /politika.az

OXŞAR XƏBƏRLƏR

“Apple” “iOS 18.5”i yeniləyib - Hansı dəyişikliklər olacaq?

“Apple” bir aydan çox davam edən beta testlərindən sonra “iOS 18.5”in yeniləməsinin yaxın günlərdə istifadəçilər üçün yayımlanacağını tə...

Bu tranzit marşrutu reallaşsa... - Ermənistan nəqliyyat layihələrindən kənarda qalacaq

İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması ilə bağlı yeni təkliflə çıx...

Rihanna yenə ana olacaq - FOTO

Dünyaca məşhur müğənni Rihanna yenə hamilədir.       Sfera.az xəbər verir ki, “Met Gala”ya qatılan sənətçinin hamilə olduğ...

Kazım Hüseynəliyev nazir TƏYİN EDİLDİ

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat naziri təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiy...

"Cütlük ayrıldı, sifariş məndə qaldı" - "String art" yaradıcısı ilə MÜSAHİBƏ

Son illərdə dekorativ sənətdə ip və mismarla hazırlanan portretlər geniş maraq doğurur. “String art” adlanan bu texnika taxta lövhə üzərində mismarl...

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, ötən gün saat 21 radələrində Ağ Şəhər Yaşıl Ada küçəsi ev 21-də fəhlə - Kür...