Gələn ilin müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub

İqtisadiyyat
17:49 / 15.04.2025
7025
Gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub.
Sfera.az "2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi" sənədinə istinadən xəbər verir ki, 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,111 milyard manat ayrılması proqnozlaşdırılır.
Müdafiə və milli təhlükəsizlik xərcləri 2027-ci ildə 7,345 milyard manat, 2028-ci ildə 7 milyard manat, 2029-cu ildə 7,402 milyard manat olacaq.