Türkiyə ilə Azərbaycanın kredit reytinqləri bərabərləşib

Türkiyə ilə Azərbaycanın kredit reytinqləri bərabərləşib

"Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin suveren reytinqini "BBB-" bəndindən "BB+" bəndinədək endirib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, reytinq üzrə proqnoz sabit saxlanıb.

Beləliklə, Türkiyənin suveren reytinqi investisiya oluna bilən səviyyədən bir pillə aşağı salınıb.

Qeyd edək ki, Azərbaycan, Bəhreyn, Portuqaliya kimi ölkələr də analoji reytinqə malikdir.
 
"Fitch" ilə yanaşı, "Moody's" və "S&P" reytinq agentlikləri də Türkiyənin reytinqini qeyd edilən səviyyəyə endirib.
 
"Fitch" qeyd edir ki, 2016-cı ilin ikinci yarısında Türkiyədə iqtisadi artım tempi olduqca zəifləyib. "Siyasi və təhlükəsizlik sahəsindəki problemlər iqtisadi aktivliyə və qurumların müstəqilliyini zəiflədib", - deyə agentliyin açıqlamasında bildirilir.

Reytinq açıqlandıqdan sonra Türkiyədə dollar 3,8833 lirəyədək bahalaşıb.


OXŞAR XƏBƏRLƏR

Röya Ayxan arxiv şəkillərini paylaşdı - FOTOLAR

Xalq artisti Röya Ayxan instaqramda arxiv fotolarını paylaşıb.   Sfera.az xəbər verir ki, estrada ulduzu illər əvvələ aid şəkilləri izləyiciləri ilə ...

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...