“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

“Mərkəzlərdə tikilən evlərin hər kvadrat metrinin qiyməti fantastik rəqəmlərdir”.  


Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib.

 

Millət vəkili qəzalı vəziyyətdə olan evlərin söküntüsünə və yeni evlərin tikintisinə başlanacağnı xatırladıb:

 

“Təbii ki, burada dövlət vəsaitlərindən istifadə olunacaq. Bu vəsaitlərin istifadə olunmasında növbəti dəfə də çatışmazlıqlar, büdcədən vəsaitlərin istifadəsi zamanı qənaətli istifadə olunmaması, rəqəmlərin şişirdilməməsi üçün hansı işlər görüləcək?”

 

Ə.Məsimlinin sözlərinə görə, tikilən evlərin kvadrat metrinin qiyməti orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə uyğun deyil:

 

“Burada xeyli səviyyədə məlum olan faktlar da var ki, iş adamlarından alınan vəsaitlər axırda gətirilib hər kvadratın üzərinə gəlir. Bu da xeyli dərəcədə Azərbaycanda ciddi xarakter daşıyan mənzil təminatının əlçatanlığına maneə yaradır”.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...