"Unibank" 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqladı

"Unibank" 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqladı

"Unibank" 2025-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb, biznes kreditləşməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm uğurlara imza atıb.

 

Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəldib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 32% artaraq 457 milyon manatı ötüb və kredit portfelindəki payı 41%-ə çatıb. Ümumi kredit portfeli isə 123 milyon manat artıb. Strateji inkişaf çərçivəsində rəqəmsal transformasiyaya xüsusi diqqət yetirən "Unibank", "Leobank" layihəsi ilə kiçik və mikro sahibkarlar üçün tam rəqəmsal məhsul təqdim edib. Bu yenilik biznes müştərilərinə banka gəlmədən hesab açmaq, əməliyyatlar aparmaq və kredi əldə etmək imkanı verib. Hazırda bank əməliyyatlarının 73%-dən çoxu rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Rəqəmsal kanallar üzərindən aparılan biznes əməliyyatlarının sayı ötən dövrlə müqayisədə 14% artıb.

 

Nağdsız əməliyyatların inkişafı da davam edib. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 24%, sayı isə 30% artıb. Təkcə ilk rübdə nağdsız əməliyyatların həcmi 3,2 milyard manatı, sayı isə 99 milyonu ötüb. Bankın müştəri bazası ötən il ilə müqayisədə 12% artaraq, ümumi müştəri sayı 2 milyon 86 min nəfəri keçib. Sahibkar müştərilərin sayı 33%, hüquqi şəxslərin sayı isə 20% yüksəlib. Depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcmi 40 milyon manat artaraq, ümumi depozit portfeli 1,2 milyard manatı keçib.

 

Faiz və qeyri-faiz gəlirlərinin cəmi 85 milyon manat olub. Dövr ərzində Bank, rəqəmsal və dayanıqlı inkişaf strategiyasına uyğun olaraq investisiyalara əhəmiyyətli diqqət ayırıb. Bu investisiyalar, pərakəndə portfelin yenidən formalaşdırılması və yeni likvidlik tələblərinə uyğunlaşma nəticəsində yaranan yüksək faiz xərcləri ilə birlikdə qısamüddətli əməliyyat mənfəətliliyinə təsir edib. Hesabat dövründə əməliyyat mənfəəti 12 milyon manat, vergidən əvvəl mənfəət isə 3,6 milyon manat təşkil edib. Bankın kapital və aktiv bazasında artım davam edib. Məcmu kapital 10%-dən çox artaraq 180 milyon manata çatıb, aktivlərin həcmi isə 14% artaraq 1,8 milyard manatı ötüb.

 

"Unibank KB ASC"nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib:

 

“2025-ci ilin ilk rübündə rəqəmsal yeniliklər və dayanıqlı maliyyə təşəbbüslərimizlə yeni stratejivizyonumuza uyğun əhəmiyyətli irəliləyişlər əldə etmişik. Bankımız dayanıqlı maliyyə prinsiplərinə uyğun layihələr həyata keçirərək, ölkəmizin ekoloji hədəflərinə dəstək verir. Xüsusilə, yaşıl istiqrazlar vasitəsilə maliyyələşdirilən hibrid avtomobil layihəsi illik 340 ton karbon emissiyasının qarşısını almağa imkan yaradacaq. Unibank artıq yeni dövrün imperativlərinə uyğun olaraq yeni strateji baxışın bir hissəsi olan dayanıqlılıq yanaşmamızın yaxın günlərdə ictimaiyyətlə bölüşülməsini planlaşdırır. Yenilənən strateji baxışımız çərçivəsində ilin sonunadək bir sıra böyük layihələrin də reallaşdırılmasını nəzərdə tuturuq. Bu layihələrin içərisində Leobank-la bağlı mühüm yeniliklər var. Qarşıda bizi həm yeni fürsətlər, həm də çağırışlar gözləyir.”

 

Unibank – Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən S...

62 ildən sonra ilk dəfə qadınlardan ibarət heyət kosmosdan qayıdıb - FOTO

Aprelin 14-də Ceff Bezosa məxsus “Blue Origin” şirkətindən New Shepard kosmik gəmisi ilə 6 kosmik turist kosmosa buraxılıb. Qeyd edək ki, Ceff Bezos...

Məşhur aktyor Cin Hekman və həyat yoldaşının ölümünə siçovullar səbəb olub

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın fevral ayında ölü tapıldığı ərazidə ölümcül xəstəlik yayan siçovulların yaşadığı ortaya çıxıb. &nb...

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO

Ötən il dünyada 15-39 yaş aralığında olan təxminən 1,3 milyon insana xərçəng diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, ölkəmizdə də bu xə...

Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında oldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub.   Sfera.az xəbər verir ki, bu barədə o, &...

Millimiz Xorvatiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.   Sfera.az xəbər verir ki, Vitali ...