Birinci rübdə Azərbaycan nefti neçəyə satılıb? - Hesablama

Birinci rübdə Azərbaycan nefti neçəyə satılıb? - Hesablama

2025-ci ilin yanvar-mart ayları ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta ixrac qiyməti məlum olub.


Sfera.az "APA-Economics"in apardığı hesablamalara istinadən xəbər verir ki, birinci rübdə Azərbaycan neftinin orta qiyməti 77.5 ABŞ dolları olub.


2025-ci ilin I rübü ərzində ən yüksək göstərici, 84.78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 71.40 ABŞ dolları səviyyəsində olub.


Xatırladaq ki, cari il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 70 ABŞ dollarından hesablanıb. 2025-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 356 milyon manat) 18 milyard 773 milyon manatı neft-qaz sektorunun hesabına formalaşır. Bu vəsaitin 14 milyard 481 milyon manatı Dövlət Neft Fondundan transfertin, 3 milyard 830 milyon manatı vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmaların, 462 milyon manatı isə SOCAR üzrə dividend ödənişinin payına düşür.


OXŞAR XƏBƏRLƏR