Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alır

Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alır

Bu günə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil əldə edən vətəndaşlar arasında çoxluğu hərbçilər, müəllimlər və polislər təşkil edib. 


Sfera.az xəbər verir ki, bunu “Report”a müsahibəsində MİDA-nın İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov deyib. 


Qaydalara əsasən, an azı 3 il hərbi xidmətdə olan, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim kimi çalışanlar, eləcə də daxili işlər orqanlarında ən azı 3 il xidmət keçmiş xüsusi rütbəli şəxslər “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil əldə edə bilər.

 

E.Məmmədovun sözlərinə görə, güzəştli mənzillərin əldə olunması yalnız “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə, gücləndirilmiş elektron imza ilə və real vaxt rejimində həyata keçirilir.

 

“Bu günə olan məlumata əsasən, sistemdə elektron kabinetə sahib olan şəxslərin sayı 39 748 nəfərdir. Mənzillərin əldə edilməsində əsas ödəniş üsulu kimi güzəştli ipoteka krediti mexanizmindən istifadə olunub”, - deyə sədr müavini qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov: "Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib"

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.   Sfera.az-ın məlumatına görə, bun...

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...