Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək?

Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək?

Neftin dünya bazarlarında qiyməti son 1 həftə ərzində təxminən 16% enərək bir barel üçün 61 dollara düşüb.

 

Beynəlxalq analitiklərin proqnozlarına görə, əgər ABŞ Prezidenti Donald Tramp tarifləri azaldarsa, dünya iqtisadiyyatı resessiyadan yan keçərsə, o zaman neftin qiyməti 2025-ci ildə 62 dollara bərabər ola bilər. Əks halda isə 2025-ci ilin sonuna kimi neftin qiyməti bir barel üçün 50 dollara düşə bilər. Builki dövlət büdcəsində bir barel neftin orta qiyməti isə 70 ABŞ dollarından hesablanıb. 

 

Neftin ucuzlaşması Azərbaycan Dövlət Büdcəsində hansı dəyişikliklərə səbəb ola bilər? 2025-ci ilin dövlət büdcəsinə düzəlişlər edilməsi gözlənilirmi?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili bildirib ki, 2025-ci il Azərbaycan Dövlət Büdcəsi qəbul edilərkən hesablamalar neftin qiymətinin baza ssenari üçün 70 dollar səviyyəsində aparılıb.

 

Onun sözlərinə görə, Maliyyə Nazirliyi tərəfindən pressimist ssenari, yəni neftin qiymətinin 60 dollara düşəcəyi halda bunun dövlət büdcəsinə və Dövlət Neft Fondunun büdcəsinə təsiri də təqdim edilib:

 

“Belə ki, qiymətin 60 dollara düşməsi dövlət büdcəsi gərlilərini 340 mln manat, Dövlət Neft Fondu gəlirlərini isə 2.1 mlrd manat azalda bilər. Göründüyü kimi, qiymətin 10 dollar düşməsinin dövlət büdcəsi gəlirlərinə azaldıcı təsiri cəmi 0.8%, Dövlət Neft Fondu büdcəsinin gəlirlərinə isə azaldıcı təsiri daha çox, 14.5% təsir edə bilər”. 

 

Millət vəkili nəzərə çatdırıb ki, verilən proqnozlar əsasında hazırda dövlət büdcəsinin icrası ilə bağlı ciddi risklər görünmür.

 

“Bu ilin 1-ci rübünün dövlət büdcəsinin icra göstəriciləri göstərir ki, hazırda dövlət büdcəsində 1.6 mlrd manatlıq profisit var. Azərbaycanın ciddi iqtisadi ehtiyatları var. Hesab edirəm ki, hadisələrin gedişatına uyğun olaraq tarazlayıcı və əlverişli iqtisadi siyasət icra ediləcəkdir”,-T.Mirkişili əlavə edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...