Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə olunub
Kateqoriya məlum deyil
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərifin qəbulunda olub.
Sfera.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Azərbaycan-Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov qeyd edib.
???? Pakistana səfərimiz çərçivəsində bu ölkənin Baş naziri cənab Şahbaz Şərifin (@CMShehbaz) qəbulunda olduq. #Azərbaycan - #Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və #iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük.… pic.twitter.com/rtiwEBR7mT
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 8, 2025






