İqtisadi Şuranın növbəti iclası keçirildi - Bu nazirliklərə tapşırıqlar verildi

İqtisadi Şuranın növbəti iclası keçirildi - Bu nazirliklərə tapşırıqlar verildi

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

 

Qeyd olunub ki, aprelin 4-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində milli iqtisadiyyatımız üçün vacib olan prioritet məsələlər, o cümlədən, ortamüddətli dövr üzrə dayanıqlı makroiqtisadi və fiskal çərçivənin formalaşdırılması, özəl sektorun inkişafı və özəl investisiyaların artırılması, qeyri-neft ixracının həcminin və ixrac coğrafiyasının genişləndirilməsi və digər aktual məsələlər ətraflı müzakirə olunub.


Gündəlikdə olan makroiqtisadi məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun təqdimatı dinlənilib. Təqdim olunan iqtisadi suallara dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

 

İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub, maliyyə və iqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR

Krediti olan şəxslərlə bağlı qərar - Bu qədər borcunuz varsa...

Nisyə mal alqı-satqısı ilə məşğul olan və il ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi 100 min manatdan çox olan hüquqi və fiziki şəxslər kredit tarixçələri...

Bu lampaların satışı qadağan ediləcək

İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla dəyişən cərəyan dövr...

"Haylar anlamalıdırlar ki, belə getsə, yox olacaqlar" - Sahib Alıyev

"Asiya Parlament Assambleyasının bu ilin fevralında Bakı deklarasiyasında olduğu kimi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 apreldə Daşkənddə keçir...

Xanlar Vəliyev Milli Məclisdə and içdi

"Bu vəzifəyə mənim namizədliyimi irəli sürdüyü üçün prezidentə təşəkkür edirəm".    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gü...

İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi

Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.   Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə univer...

"Azərbaycan haqlı olaraq İsraillə münasibətlərin təməlini qoyub"

"Bu gün Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Yaxın Şərqdə əsas aktorlarından birinə çevrilib" &nb...