Azərbaycan hava limanları yaz-yay uçuş cədvəlinə keçir

Azərbaycan hava limanları yaz-yay uçuş cədvəlinə keçir

2025-ci ilin martın 30-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir. Yeni mövsüm çərçivəsində uçuşların tezliyi artacaq, marşrut şəbəkəsi genişlənəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

 

Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər:

 

Avropa: Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt
Yaxın Şərq: Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat
Türkiyə: İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman
Mərkəzi Asiya: Almatı, Astana, Aktau, Daşkənd, Bişkek, Düşənbə, Səmərqənd
Cənubi Asiya: Dehli, Mumbay, Lahor, İslamabad
BƏƏ: Dubay, Əbu-Dabi, Şarja
Digər istiqamətlər: Pekin, Urumçi, Minsk, Podqoritsa, Tivat, Şarm əl-Şeyx


Yaz-yay uçuş cədvəli çərçivəsində Azərbaycanın regional hava limanlarından uçuşların sayı artırılacaq və yeni istiqamətlər əlavə olunacaq.


OXŞAR XƏBƏRLƏR