Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr - SİYAHI

Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr - SİYAHI
Kateqoriya məlum deyil
T

Ötən il xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 571,9 milyon ABŞ dolları və ya 34,6% azalaraq 1,08 milyard ABŞ dolları təşkil edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

 

Məlumata görə, ötən il Azərbaycana ən çox pul köçürmələri Rusiyadan olub. Bu ölkədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 496,7 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 550,770 milyon ABŞ dolları və ya 52,6% azalma deməkdir.

 

Azərbaycana ən çox pul köçürmələri həyata keçirən ikinci ölkə 175,9 milyon ABŞ dolları ilə (illik müqayisədə 11,6 milyon ABŞ dolları və ya 7% çox) Türkiyə olub.

 

Siyahının üçüncü pilləsində isə 65 milyon ABŞ dolları (8,8 milyon ABŞ dolları və ya 11,9% az) ilə Amerika Birləşmiş Ştatları qərarlaşıb.

 

Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr aşağıdakı cədvəldə göstərilib:

 

Dövlətlərin adıMəbləğ
 min (ABŞ dolları)
Rusiya Federasiyası496 753
Türkiyə175 897
Amerika Birləşmiş Ştatları64 984
Gürcüstan35 307
Birləşmiş Krallıq33 974
Birləşmiş Ərəb Əmirlikləri31 679
Almaniya24 131
Qazaxıstan23 070
Səudiyyə Ərəbistanı20 541
Avstriya14 997
İsrail13 626
Qətər12 510
Fransa11 787
Özbəkistan10 956
İrlandiya10 861
İsveçrə10 161
İraq7 541
Niderland6 005
Litva5 426
Belarus4 773
Kanada4 592
Polşa3 880
Sinqapur3 876
Küveyt3 201
Qırğızıstan3 163
İtaliya2 728
Digər dövlətlər46 454

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR