“SOCAR Türkiye” “Bursagaz” və “Kayserigaz”ı təhvil verib

“SOCAR Türkiye” “Bursagaz” və “Kayserigaz”ı təhvil verib

“SOCAR Türkiye” “Bursagaz” və “Kayserigaz”ın “Aksa Doğalgaz” şirkətimə təhvil verilməsini başa vurub.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu haqda şirkətdən məlumat verilib.

 

“Aksa Doğalgaz” əvvəllər “SOCAR Türkiye” tərəfindən idarə olunan Bursa və Kayseri paylama zonalarında xidmət göstərməyə başladı.

 

“Aksa Doğalgaz”ın İdarə Heyətinin sədri Yaşar Arslan şirkətin satınalma prosesini tamamladıqdan sonra fəaliyyətini genişləndirməsindən danışaraq, 32 vilayətin sərhədləri daxilində yerləşən 29 mərkəzi şəhərdə təbii qazın paylanması xidmətlərini göstərəcəklərini bildirib.

 

“Ölkəmizin ən böyük təbii qaz paylayıcı şirkəti olaraq lisenziyalarımızın sayını 21-dən 23-ə qədər artırdıq. Hazırda 327 rayon və qəsəbəyə qaz təchizatı həyata keçiririk. Şəbəkəmizin uzunluğu 31 faiz artaraq 62 min kilometrə çatdı, abunəçilərimizin sayı isə 36 faiz artaraq 7,3 milyona yüksəldi. Payladığımız təbii qazın həcmi 27 faiz artaraq illik 13,3 milyard kubmetrə çatdı. Əməliyyat şəbəkəmizə qoşulan iki şəhəri də müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq prinsipimizə sadiq qalaraq təhlükəsiz və fasiləsiz təbii qazla təmin etməyə davam edəcəyik”, – deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR