ABŞ Çinin 50 şirkətinə sanksiya tətbiq edib

ABŞ Çinin 50 şirkətinə sanksiya tətbiq edib

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu sanksiya siyahısına 80 təşkilat əlavə edib və bunların 50-dən çoxu Çin şirkətləridir.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, bu barədə Büronun məlumatında bildirilib.

 

Siyahıda qeyd olunan şirkətlərə ixrac məhdudiyyətləri tətbiq olunur. Xüsusilə ABŞ şirkətləri siyahıya daxil edilmiş təşkilatlara ölkə hökumətinin razılığı olmadan mal və texnologiyalar təchiz etmək hüququna malik deyil.

 

"Biz rəqiblərimizin ABŞ texnologiyalarından öz ordularını gücləndirmək və amerikalıların həyatını təhdid etmək üçün istifadə etməsinə imkan verməyəcəyik", - məlumatda ABŞ-nin ticarət naziri Hovard Lyutnikə istinadən bildirilib.

 

Ticarət Nazirliyinin qeyd etdiyi kimi, Çin şirkətlərinin bir çoxu daha sonra ölkənin hərbi məqsədlərlə istifadə edəcəyi süni intellekt, superkompüterlər və yüksək texnoloji çiplərin hazırlanmasında ehtimal edilən iştiraka görə qara siyahıya salınıb. İki şirkət “Huawei”ə qarşı sanksiyaları pozduğuna görə siyahıya daxil edilib.

 

Çin şirkətlərindən əlavə, Tayvan, İran, Pakistan, Cənubi Afrika və BƏƏ şirkətləri də siyahıya salınıb.


OXŞAR XƏBƏRLƏR

Xocalıda DƏHŞƏT - 27 yaşlı kişi fəciəvi şəkildə öldü

Xocalıda kişini elektrik cərəyanı vurub.   Sfera.az xəbər verir ki, 27 yaşlı Ağcabədi rayon sakini Abidov Amin İlqar oğlunu Xocalı rayonu ərazisində ...

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. &nb...

Zəlzələ hündürmərtəbəli binanı ikiyə ayırdı – VİDEO

  Məlum olduğu kimi, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, təbii fəlakət səbəbindən çox say...

Bu ilin ilk Günəş tutulması başa çatdı

Bu ilin ilk Günəş tutulması başlayıb.   Bu barədə Sfera.az-a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib.   ...

Ağstafada avtomobil ağaca çırpılıb, 3-cü kürs tələbəsi ölüb - FOTO

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndi yaxınlığında qeydə alınıb. ...

Azərbaycanda "Starlink"in işə düşməsi ermənilərdə narahatlıq yaradıb - FOTO

Xəbər verdiyimiz kimi,  "Space X"in sahibi İlon Mask Azərbaycanda "Starlink" qlobal peyk rabitə sisteminin xidmətlərinin rəsmən istifad...