"BYD" Tesla-nı üstələyir: Satışlar 100 milyard dolları ötüb

"BYD" Tesla-nı üstələyir: Satışlar 100 milyard dolları ötüb

Çinin elektrik avtomobil istehsalçısı BYD-nin 2024-cü ildə  satışları ilk dəfə olaraq 100 milyard dollarlıq həddi keçərək Teslanı geridə qoyub.

 

Sfera.az Banco.az-a istinadən xəbər verir ki, şirkətin gəlirləri oktyabr-dekabr dövründə illik müqayisədə 52,7 faiz artaraq 274,9 milyard yuana (38 milyard dollar) çatıb.

 

BYD-nin eyni dövrdə xalis mənfəəti əvvəlki illə müqayisədə 73,1 faiz artaraq 15 milyard yuana (2,1 milyard dollar) çatıb.

 

Ötən il şirkətin gəlirləri 2023-cü illə müqayisədə 29 faiz artaraq 771,1 milyard yuana (107 milyard dollar) çatıb. Eyni dövrdə Çin istehsalçısının xalis mənfəəti 34 faiz artaraq 40,3 milyard yuana (5,4 milyard dollar) çatıb. 

 

BYD-nin dollar ifadəsində gəlirləri keçən il 100 milyard dolları keçərək ilk dəfə Tesla-nı ötüb. Tesla ötən il 97,7 milyard dollar gəlir əldə edib.
BYD, keçən il təhvil verilmiş 4,27 milyon (tam və ya qismən elektrik) ilə müqayisədə bu il 5 ilə 6 milyon arasında avtomobil satacağını təxmin edir.

 

Çinli milyarder Vang Çuanfu tərəfindən qurulan BYD-nin bazar dəyəri martın 18-də Ford (39,4 milyard dollar), "General Motors" (49 milyard dollar) və "Volkswagen"in (66 milyard dollar) ümumi dəyərindən çox olmaqla 162 milyard dolları ötüb.


OXŞAR XƏBƏRLƏR

Myanmada zəlzələ qurbanlarının sayı artacaq - "Ərazidə 796 000 insan yaşayır"

Myanmada 7,7 bal gücündə zəlzələnin baş verdiyi və ən çox zərərin dəydiyi ərazidə 796 000 insan yaşayır.   Sfera.az xəbər verir ki, bunu Amerika Birl...

Çoxlu duz qəbulu bu problemi yaradır - Konqresdə təqdim ediləcək

Finlandiya Sağlamlıq və Rifah İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, çoxlu duz qəbul edən insanlarda ümumi və ya qarın piylənmə riski daha yüksəkdir. ...

Vətəndaşın evini başına uçurdan "Melissa Group"un rəhbəri HƏBS OLUNDU

Qanunsuz söküntü işləri ilə bağlı saxlanılan "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədova verilən ittiham məlum olub.   Sfera....

Ukraynalı milyarderin əmlakına həbs qoyuldu

Moskva məhkəməsi dələduzluqda ittiham olunan ukraynalı iş adamı və Dünya Yəhudi Konqresinin vitse-prezidenti Eduard Şifrinin əmlakına və aktivlərinə həbs qoyub....

1130-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1130-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı ...

İlin ilk Günəş tutulması başlayıb

Bu ilin ilk Günəş tutulması başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib....