Avropa Rusiyaya aktivlərini qaytarmaq niyyətində deyil

Avropa Rusiyaya aktivlərini qaytarmaq niyyətində deyil

Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər G7 ölkələri tərəfindən Ukraynaya verilən hərbi kreditlərə zəmanət kimi istifadə olunur.
 

Sfera.az Reporta istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa Siyasət Mərkəzində çıxış edən Aİ Şurasının prezidenti Antonio Kosta deyib.

 

"Aktivlərin dondurulmamasının çox praktik səbəbi var. Dondurulmuş aktivlərdən əldə edilən gəlirlər indi Ukraynaya təkcə Aİ ölkələri deyil, həm də Yaponiya, Kanada və ABŞ tərəfindən verilən G7 kreditləri üçün zəmanətdir. Aİ bu zəmanətləri qorumalıdır", - o qeyd edib.

 

Aİ Şurasının 2023-cü il dekabr tarixli qətnaməsinə əsasən, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirə əsaslanan G7 kredit proqramı 40 milyard avroya qədərdir. Kreditlərin tam ödənilməsi 2040-cı ilə qədər tamamlanmalıdır.

 

Koşta, həmçinin vurğulayıb ki, dondurulmuş Rusiya aktivləri Ukraynaya ödənişlər üçün istifadə edilməlidir.

 

"Dondurulmuş aktivlər və Ukraynaya təzminat məsələsi istənilən sülh danışıqlarının bir hissəsi olmalıdır. Biz təzminat məsələsi həll olunana qədər aktivləri dondurulmuş vəziyyətdə saxlayacağıq", - o əlavə edib.

 

Aİ Şurasının rəhbərinin sözlərinə görə, qaydalara əsaslanan beynəlxalq nizam Ukraynadakı münaqişədə qalib gəlməlidir.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...