Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

İqtisadiyyat
10:28 / 25.03.2025
1387
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,61 % artaraq 75,23 ABŞ dolları təşkil edib.
Sfera.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 73,93 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,18 ABŞ dolları və ya 1,63 % artaraq 73,79 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.