Kənd təsərrüfatı ilə bağlı yeni qanun hazırlanır

Kənd təsərrüfatı ilə bağlı yeni qanun hazırlanır

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi hazırlanır. Layihə may ayında müzakirəyə çıxarılacaq.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib. 

O, bildirib ki, yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi may ayında müzakirəyə çıxarılacaq. 

E.İbrahimov qeyd edib ki, ölkəyə valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı davam etdiriləcək. 

"2015-ci ildə kənd təsərrüfatı məhsullarının 1 mlrd. manat dəyərində ixracı həyata keçirilib. Yəqin ki, bu rəqəm 2016-ci ildə 1 mlrd. manatdan artıqdır. O sahələri inkişaf etdirəcəyik ki, ölkəyə valyuta gətirsin. Bura badam istehsalı da daxildir. Hazırda badam sahələri əsasən Naxçıvanda mövcuddur. Gələcəkdə bu sahələrin Bakı ətrafında olması da mümkündür".

Daha sonra komitənin 2016-cı il payız sessiyasında gördüyü işlər və komitənin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunaraq təsdiqlənib.



OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...