Slovakiya qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır

İqtisadiyyat
19:20 / 20.03.2025
6965
"Slovakiya qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır".
Sfera.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
Onun sözlərinə görə, Slovakiya Ukraynada sülh danışıqlarının Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitini bərpa etməyə imkan verəcəyinə ümid edir, lakin qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır:
"Danışıqlar aparırıq, ilk növbədə Azərbaycanla. Çünki svop qaz tədarükünü təşkil etməyə çalışırıq. Bu, bir çox texniki çətinliklərlə müşayiət olunur, ona görə də ümid edirəm ki, sülh danışıqları Ukrayna ərazisindən standart qaz tranzitinə yol açacaq".