Azərbaycanda un bahalaşdı – QİYMƏTLƏR

Azərbaycanda un bahalaşdı – QİYMƏTLƏR

 

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
 

Qeyd edilib ki, martın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.8-28.2 manat ətrafında dəyişib. Daha əvvəl bu rəqəm 26-28.20 manat təşkil edirdi.
 

Azərbaycanda unun ən aşağı topdansatış qiyməti 26,8 manat Şabranda, ən yüksək topdansatış qiyməti 28,2 manat Gəncədə qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR