Tədiyə balansında kəsir yaranıb - Səbəb

Tədiyə balansında kəsir yaranıb - Səbəb

2024-cü ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 438,1 milyon ABŞ dolları olub. 

 

Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 4 milyard 671,1 milyon dollarlıq profisit (əvvəlki illə müqayisədə 43,9 % az), kapital hesabındakı 1,4 milyon dollarlıq kəsir (6,9 dəfə az), maliyyə hesabındakı 5 milyard 001,1 milyon dollarlıq kəsir (əvvəlki il 16,7 % çox), balanslaşdırıcı maddələr üzrə 106,7 milyon dollarlıq kəsir (əvvəlki il profisit olub) hesabına formalaşıb.

 

Xatırladaq ki, 2023-cü ildə tədiyyə balansında 5 milyard 356,4 milyon dollar profisit olmuşdu.

 

Mərkəzi Bank bildirir ki, 2024-cü il üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənib. Cari əməliyyatlar balansında profisit olsa da kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə bağlı) 5 milyard dollar kəsir yaranıb. Bu dövrdə bir sıra strateji əhəmiyyətli layihələrin və tədbirlərin icrası, habelə iri həcmli maliyyə öhdəliklərinin ödənişi ilə bağlı xarici valyutada dövlət xərclərinin artımı nəticəsində ölkənin strateji valyuta aktivləri, yəni tədiyə balansı 438,1 milyon dollar azalıb.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Daxılların adətən donuz formasında dizayn edilməsinin təəccüblü səbəbi - FOTO

Daxıllar insanlara pul qənaət etmək vərdişini inkişaf etdirməyə kömək etmək üçün ən çox istifadə edilən obyektlərdən biridir.   Bəs heç düşünmüsünüz...

Boşanma zamanı ev işi üçün 6800 dollar tələb edib: Məhkəmə 5 dəfə çox təzminat verdi

Bu yaxınlarda Çinin mərkəzindəki Zhongyuan Rayon Məhkəməsi boşanma zamanı ev işlərini gördüyünə görə qadına təqribən 35 min dollar təzminat təyin etmə qərarı çı...

Kommunal xidmətlərlə bağlı yenilik

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respubli...

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.   Sfera.az-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası &ldq...

Əkrəm İmamoğlunun yeni görüntüləri yayıldı – VİDEO

İmamoğlunun ortağı olduğu şirkət məhkəmə qərarı ilə müsadirə edildi   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   ...

Alyona Əliyeva paylaşım etdi -FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, paylaşımda d...