Banklar dollarla olan əmanətlərdə güzəştə gedir

Banklar dollarla olan əmanətlərdə güzəştə gedir

Hazırda ölkədə dollarla olan problemli kreditlərin həcmi getdikcə artır. Xarici valyuta ilə kredit verən banlkarın əksəriyyəti  müştərilərə güzəştə getmək istəmir. Həm milli valyutanın ucuzlaşması, həm də ödənilməyən kreditlərin üzərinə gələn faizlər borclunun həcminin böyüməsinə səbəb olur. Buna görə də kreditin ödənilməsi getdikcə daha da çətinləşir.

Problemli dollar krediti ilə bağlı bəzi banklar artıq güzəşt paketləri təklif edir.  

Belə ki həmin banklar dollarla olan krediti nəğd və ya hissə hissə ödəyən müştərilərə dolları hazırkı kursla deyil 1manat 30 qəpiklə hesablayır. Bu tətbiq əksəriyyət müştəriləri qane edib.

Qaynarinfo.Az dollarla olan kreditlərə güzəştlə bağlı banklar arasında sorğu keçirib.


Məsələilə bağlı açıqlama verən "Dəmir Bank"ın marketinq üzrə meneceri Leyla xanım bildirib ki, onlarda dollarla olan kreditlərin qaytarılması üçün müəyyən güzəştlər təklif olunur: 

"Ödəniş qabiliyyətindən asılı olaraq dollaraın kursu 1manat 40 qəpik və daha aşağı məzənnə ilə hesablanır. Hər bir müştəriyə individual yanaşmadır. Dollarla olan kreditlər nəğd və hissə-hissə də ödənildikdə güzəşt paketləri təklif olunur. Bizdə güzəşt paketləri müxtəlifdir və müştərilər də istəyinə uyğun olanı seçir. Bu güzəşt paketləri bizim bankın öz qərarıdır".

Mövzu ilə bağlı danışan "Kapital Bank"ın mətbuat xidmətinin rəhbəri Pərviz Kamal deyib ki, bizdə kreditlərin hamsı manatladır: 

"İndi də 20 min manata qədər nəğd pul şəklində manatla kredit veririk. Həm devalvasiyadan öncə, həm də sonra biz krediti milli valyuta ilə vermişik. Buna görə də dollarla olan problemli kredit yoxdur".

"Nikoil Bank"ın marketinq departamentinin rəhbəri Rəşad Cümşüdov qeyd edib ki, birinci və ikinci devalvasiyadan sonra bizdə bir sıra güzəştlər tətbiq olunmağa başladı: 

"Müştəriləri dəvət edib, faiz dərəcələrinin aşağı salınması, vaxtın uzadılması təklifini etdik. Bundan başqa devalvasiyadan öncə müştəri 200 manat ödəyirdisə, biz vaxtı uzatmaqla ödənişi yenə həmin civara çatdırdıq ki, onun aylıq gəlirinə təsir etməsin. Biznes kreditləri üzrə isə geniş bir aksiyamız oldu. Bu aksiya çərçivəsində kreditləri 1 manat 30 qəpiklə dərhal bağlamağı təklif etdik. Bundan da kifayət qədər müştərimiz faydalandı. Bu günə qədər də tətbiq olunan güzəştlər var. Bunların içərisində valyutanın manata çevrilməsi, müddətin uzadılması və faiz dərəcələrinin azaldılması təklifləri qüvvədə qalır".


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...