"2024-cü ildə müdafiə və təhlükəsizlik xərcləri 12% artıb" – Əli Əsədov

"2024-cü ildə müdafiə və təhlükəsizlik xərcləri 12% artıb" – Əli Əsədov

“Hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin edilmişdir və orada yaşayırlar”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.


“Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar. Bununla yanaşı, keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 milyon manat vəsait yönəldilmişdir. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir. Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat vəsait ayrılmışdır, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat. 2025-ci ildə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.”,- baş nazir bildirib.

 

Əli Əsədov ötən il müdafiə xərclərinin həcmindən də söz açıb:


“Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olmuşdur.

Bu məqsədlə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılmışdır. Bu rəqəm 2023-cü illə müqayisədə 707 milyon manat və ya 12% çoxdur”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 12,8% artaraq 1 063 mana...

Direktor vəzifədən azad edildi - Dövlət vəsaitini mənimsəyib

Dövlət vəsaitinin mənimsənilməsinə görə direktor vəzifəsindən azad edilib.   Bu barədə Sfera.az-a Məktəbəqdər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (...

Çin, Rusiya və İrandan ortaq bəyanat: "Sanksiyalar ləğv edilsin"

Çin, İran və Rusiyanın xarici işlər nazirlərinin müavinləri İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Pekində görüş keçiriblər. Görüşün s...

Afətdən bu həmkarına AĞIR SÖZLƏR: “Anan qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, bu dəfə də onun hədəfi həmkarı Vəfa Şərifova olub. M...

Əfv sərəncamı nə vaxt imzalanacaq?

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".   Sfera.az bildirir ki,  bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prez...

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini ela...