Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Mərkəzi Bank xəbər verir ki, 28.02.2025-ci il tarixində pul bazası 19 milyard 842 milyon manat təşkil edib. Bu da o deməkdir ki, 2025-ci ilin fevral ayında Azərbaycanda pul bazası 282,1 milyon manat və ya 1,4% azalıb.
 

Nəzərə alaq ki, 2025-ci ilin yanvar ayında pul bazası 792,4 milyon manat və ya 3,8% azalmışdı.
 

Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat, 31.01.2025-ci il tarixində isə 20 milyard 124.1 milyon manat təşkil etmişdi. 

 

Məlumat üçün bildirək ki, pul bazası dedikdə Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.


Qeyd edək ki, pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
 

Bəs, pul bazasının kiçilməsinin hansı fəsadları ola bilər?
 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, pul bazasında azalma var, amma bu ciddi rəqəm deyil:


“Bu amildən müsbət mənada yararlanmaq olar. Belə bir fikir var ki, dövriyyədəki pul kütləsi azalanda iqtisadiyyat kiçilir. Çünki kapital azaldıqca iqtisadiyyat sıxılır. Nəzərə alaq ki, pul bazasının azalması həm də bir alətdir. Bu alətdən istifadə edib infilyasiyanın qarşısını alırlar.

 

Həmçinin valyutanın məzənnəsinə təsir edən alət kimi də pul kütləsinin azalmasından istifadə edilir. Amma real vəziyyətə dediyimiz amillərin heç bir aidiyyatı yoxdur. Pul kütləsinin azalmasının səbəbi odur ki, il yeni başlayıb. Büdcə xərclərinin hərəkətə gəlməsində müəyyən yubanmalar olub. Bu da pul dövriyyəsinin azalmasına şərait yaradıb.


Maaş, pensiya və digər müavinətlər verilsə də, bəzi sahələrə, məsələn əsaslı kapital qoyuluşuna vəsaitin xərclənməsində ləngimələr var. Bu da hər ilin başlanğıcında təsadüf etdiyimiz reallıqdır. Əgər pul dövriyyəsinin kiçilməsi 4-5 ay davam edərsə, yalnız o zaman narahat olmağa dəyər. Hələlik, belə bir ehtimal yoxdur”.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...