"Birbank"da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam edir

"Birbank"da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam edir

Müasir və innovativ həlləri ilə müştərilərinə daim faydalı imkanlar təqdim edən Birbank daşınmaz əmlak sahibləri üçün sərfəli imkanlar yaradır. Belə ki, Azərbaycan Respublikası ərazisində yaşayış və qeyri-yaşayış sahələri alanlar ödəmiş olduqları ƏDV-nin 30%-ni geri ala bilərlər.

 

ƏDV-nin geri qaytarılması üçün alıcı ödənişi nağdsız qaydada tam şəkildə etdikdən sonra 90 gün ərzində müraciət etməlidir. Bu xidmət yalnız 500 kvadratmetrdən çox olmayan və yalnız mənzil-tikinti kooperativlərindən (MTK) alınan yaşayış və ya qeyri-yaşayış əmlaklarına şamil edilir. Bu imkandan faydalanmaq üçün www.e-taxes.gov.az portalında qeydiyyatdan keçmək və tələb olunan sənədləri təqdim etmək kifayətdir.

 

Bu xidmət sayəsində daşınmaz əmlak alarkən əlavə qənaət etmək və maliyyə yükünü azaltmaq mümkündür. Həmçinin, müştəri toplanmış ƏDV məbləğlərini Birbank tətbiqində Birbank kartlarına komissiyasız və limitsiz şəkildə köçürmək şansı qazanır.

 

Qeyd edək ki, daşınmaz əmlak üzrə ƏDV geri qaytarılarkən, geri qaytarılan məbləğin 0.5%-i xidmət haqqı kimi avtomatik olaraq müştərinin hesabından tutulur.

 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev onu Şahin Bağırovun müavini təyin etdi

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yeni müavin təyin edilib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev...

Xidmət rəisinə hökm oxundu

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. &nb...

AMEA-da “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Martın 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Respublikasının Dövlət Himni “İstiqlal marşı”nın qəbul...

Bakıda sürücünü döyən şəxslər həbs edildi

Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib.   Sfera.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində ...

Vnın ölüm şəkli yayımlandı- ŞOK GÖRÜNTÜ

Dünya çempionu, futbol tarixinin ən istedadlı oyunçularından biri Dieqo Armando Maradonanın ölümü ilə bağlı iddianı araşdıran məhkəmə işinə başlayıb.   ...

MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş ...