Mərkəzi Bank faizləri dəyişdirmədi - Səbəb

Mərkəzi Bank faizləri dəyişdirmədi - Səbəb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dərəcələrində dəyişiklik etməyib.

 

Sfera.az xəbər verir ki, bu gün açıqlanan qərarda uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlanılıb.

 

Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz saxlanılmasını faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunduğunu bildirib: “Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib. Belə ki, 2025-ci ilin yanvar ayında 12 aylıq inflyasiya 5,4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%, qeyri-ərzaq malları üzrə 2,6%, xidmətlər üzrə 8,4% təşkil edib. İllik baza inflyasiya isə 4,3% olub”.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Temperatur və yağıntı bəzi yerlərdə iqlim normasından artıq olacaq

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat ver...

“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb

“Azərlotereya” ASC Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində idmanın inkişafına növbəti dəfə töhfə verib. Şirkətin baş sponsorluğu ilə ...

Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olundu - FOTO

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. ...

Rüfət Əzizov ADNA terroru qurbanlarını yad edib - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov ADNA terroru qurbanlarını yad edib.   Sfera.az  xəbər verir ki, &n...

İspaniyada elektrik böhranı bahalaşmaya səbəb oldu - Yeni qiymətlər

İspaniyada genişmiqyaslı elektrik kəsintisindən sonra elektrik enerjisinin topdansatış qiymətlərində rekord artım qeydə alınıb. Rəsmi elektrik bazarı operatoru ...

Orxan Fikrətoğlunun keçmiş vəzifəsinə Rəşad Əzizov TƏYİN OLUNDU

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.   Sfera.az xəbər veri...