Doğru yolda yeni karyera imkanları: "Birbank"ın “PO Growth” proqramına start verildi

Doğru yolda yeni karyera imkanları: "Birbank"ın “PO Growth” proqramına start verildi

"Birbank"ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verildi. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq.

 

“PO Growth” proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçim mərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsas özəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqli ekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsul sahibləri, ekspert mərkəzi liderləri və “Agile” metodologiya üzrə yerli mütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik və bacarıqlarının inkişafına töhfə verəcək.
Təlimlər məhsulun ideya mərhələsindən başlayaraq, onun müştəriyə çatdırılması və sonrakı analiz mərhələsinə qədər bütün prosesi əhatə edəcək. Bu zaman həm texniki biliklərə, həm də yumşaq bacarıqların formalaşdırılmasına xüsusi diqqət ayrılacaq. Proqram “Agile” metodologiya prinsipləri əsasında təşkil olunub ki, bu da iştirakçılara real iş mühitinə daha sürətli adaptasiya olmaq vərdişləri qazandıracaq.


Qeyd edək ki, Birbank ölkənin ilk banklarından biridir ki, 2018-2020-ci illərdən etibarən “Agile” metodologiyanı öz iş proseslərinə tətbiq etməyə başlayıb. Bu yanaşma sayəsində bankın məhsul inkişafı prosesi daha səmərəli və müştəriyönümlü şəkildə qurulub. Məhz bu təcrübə əsasında yaradılan “PO Growth” proqramı gələcək məhsul sahiblərinin çevik düşüncə tərzində yetişdirilməsini hədəfləyir.

 

Proqramın açılış mərasimində çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova proqramın əhəmiyyətini vurğulayaraq bildirib:

 

“Birbank olaraq, biz rəqəmsal məhsul idarəetməsi sahəsində əldə etdiyimiz bilik və təcrübəni yeni nəslə ötürməyi, onların inkişafına dəstək verməyi özümüz üçün böyük məsuliyyət və eyni zamanda qürur hesab edirik. İnanırıq ki, “PO Growth” proqramı gənclər üçün həm peşəkar karyera, həm də şəxsi inkişaf baxımından yeni imkanlar yaradacaq. Bu yolda sizə uğurlar arzu edir və gələcək uğurlarınızı səbirsizliklə gözləyirik”.

 

Birbank-ın həyata keçirdiyi “PO Growth” proqramı, həm bank sektorunda karyera qurmaq istəyənlər, həm də məhsul idarəçiliyi sahəsində peşəkar biliklərini artırmaq arzusunda olanlar üçün dəyərli platforma olacaq. Proqram 4 ay davam edəcək və iştirakçılar bu müddət ərzində intensiv təlimlər və real iş mühiti ilə tanış olacaqlar. Bu, Birbank-ın ölkədə insan kapitalının inkişafı və çevik idarəetmə mədəniyyətinin yayılması istiqamətindəki səylərinin növbəti uğurlu addımıdır. 

 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
 


OXŞAR XƏBƏRLƏR

Ramazanın 11-ci gününün duası - İmsak iftar vaxtı

Sabah Ramazan ayının on birinci günüdür.   Sfera.az xəbər verir ki, imsak vaxtı saat 05:33-ə, iftar vaxtı isə 18:57-yə təyin olunub.   11-...

Hacıyev Britaniyanın dövlət naziri və təhlükəsizlik müşaviri ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa,...

Möylə Mirzəliyevin vəziyyəti kritikdir

Süni tənəffüs dəstəyi ilə təmin olunan Möylə Mirzəliyevin vəziyyəti kritik ağır olaraq dəyərləndirilir.   Sfera.az xəbər verir ki, bu barədə APA-ya T...

İlham Əliyevlə xüsusilə bu məsələni müzakirə etdik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışıb.   Sfera.az xəbər verir ki, Ərdoğan mü...

Şahzadə 22 yaşında nadir xəstəlikdən vəfat edib - FOTOLAR

Lüksemburq Böyük Hersoqunun qardaşı oğlu Şahzadə Frederik de Nassau Paris xəstəxanasında dünyasını dəyişib.    Sfera.az bildirir ki, Şahzadə nad...

Sabah bu ərazidə qaz olmayacaq

Xəzər rayonu, “Qala” QTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə kö...