Azərbaycanın qeyri-neft ixracı 6,6 faiz artıb
Kateqoriya məlum deyil
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın mart sayına dair ilkin göstəriciləri təqdim edib.
Sfera.az icmala əsasən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib.
Bir il əvvəl Azərbaycanın qeyri-neft mallarının ixrac dəyəri 455,1 milyon dollar idi.
Cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ixracı 12,3% artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub.
Vasif






