"Yelo Bank"da qadınlar günü musiqili axşamla qeyd edildi - FOTO

"Yelo Bank"da qadınlar günü musiqili axşamla qeyd edildi - FOTO

8 Mart - Beynəlxalq Qadınlar Günü Yelo Bank-da özünəməxsus tərzdə qeyd edilib. Bank, artıq ənənə halını almış musiqili tədbirlər sırasına daha bir möhtəşəm gecəni əlavə edərək, qonaqlarına unudulmaz bir axşam yaşadıb.

 

Sfera.az xəbər verir ki, bankın Baş ofisində keçirilən “Baharmoniya” adlı konsertin ifaçıları tanınmış pianoçu Vurğun Vəkilov və ölkəmizi Avroviziya-2019 müsabiqəsində təmsil etmiş müğənni-gitaraçı Çingiz Mustafayev olub.

 

Onların möhtəşəm performansı auditoriyanı valeh edərək, zalda unudulmaz bir atmosfer yaradıb. Vurğun Vəkilovun yerli və dünya klassiklərini özünəməxsus tərzdə ifa etməsi, Çingiz Mustafayevin isə enerjisi və səsi ilə gecəni zirvəyə daşıması tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Konsert Yelo Bank və Cult Baku Club platformasının birgə təşkilatçılığı ilə baş tutub.

 

Yelo Bank hər zaman korporativ mədəniyyətə innovativ yanaşaraq, sənət və incəsənətin dəstəklənməsinə xüsusi önəm verir. Bankın Baş ofisinin 400 nəfərlik tədbir zalı indiyədək bir çox mötəbər musiqi axşamlarına ev sahibliyi edib. Burada xalq artisti Fidan Hacıyeva və onun qadınlardan ibarət ilk kamera orkestri "Mezzo", əməkdar artist Şahin Növrəsli və onun triosu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orkestri, tanınmış pianoçu İsfar Sarabski və vokal ifaçı Elnur Hüseynov səhnə alıb.

 

Yelo Bank gələcəkdə də yerli və beynəlxalq mədəni irsin təbliğinə dəstək olmağa və incəsənət tədbirlərini ənənə halına gətirməyə davam edəcək.


Yelo Bank-dan debet kart ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

 


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...