"TuranBank" uşaq sığınacağındakı gənc qızlara dəstək olub - FOTO

"TuranBank" uşaq sığınacağındakı gənc qızlara dəstək olub - FOTO

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək olub. 
Belə ki, “Zərif əldən cəsur ürəklərə” layihəsi çərçivəsində Bank “Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını artırmaq məqsədilə hazırladıqları simvolik bəzək əşyalarının satışını dəstəkləyərək onların təhsil xərclərinin qarşılanmasını təmin edib. 


Layihənin məqsədi zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının sosial və iqtisadi müstəqilliklərini təmin etməklə yanaşı, onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə müstəqil həyat qurmaq və cəmiyyətdə daha aktiv iştirak etmək üçün zəruri bilik və bacarıqları əldə etmələrinə dəstək verməkdir. Eyni zamanda, onların təhsil imkanlarını genişləndirməyə, şəxsi və peşəkar inkişaflarını təmin etməyə və daha yaxşı gələcək perspektivləri üçün əsaslar yaratmağa xidmət edir.
Məlumat üçün bildirək ki, Bank hazırlanmış simvolik bəzək əşyalarını xanım əməkdaşlarına təqdim etməklə zərif əllərin və cəsur ürəklərin gücünü birləşdirərək daha sağlam və dayanıqlı bir cəmiyyətin formalaşmasına töhfə verməyi hədəfləyir. 

 

 

Qeyd edək ki, TuranBank bundan sonra da gənc qızların, xanımların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərini davam etdirəcək. 
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
 


OXŞAR XƏBƏRLƏR

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...