Logo

"Rabitəbank"a baş direktor təyin edildi

"Rabitəbank"a baş direktor təyin edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zamiq İntiqam oğlu Mədətov “Rabitəbank” ASC-də yeni baş direktor vəzifəsinə təyin edilib.

Sfera.az xəbər verir ki, o, 1984-cü ildə Lerik rayonunda anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi, 2005-2007-ci illərdə isə “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirib.

Bank karyerasına 2005-ci ildən etibarən kredit mütəxəssisi kimi başlayıb.

11 noyabr 2021-ci ildən etibarən Rabitəbankda ilk olaraq Mikrokreditlər Departamentinin Direktoru olaraq fəaliyyətə başlamış, 1 iyun 2023-cü il tarixindən isə Mikrokreditlər üzrə İcraçı Direktor vəzifəsində çalışıb.

14 fevral 2025-ci ildə Zamiq Mədətov Baş Direktor vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR