Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini qəbul etdi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini qəbul edib.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Aİ növbəti sanksiya paketini bu gün elan edib.
Avropalı iki diplomatın “Reuters”ə verdiyi məlumata görə, sanksiyalar ilkin alüminium idxalına qadağanı, oyun konsollarının satışının dayandırılmasını və 73 kölgə donanmasının siyahıya salınmasını nəzərdə tutur.
Qərara əsasən, 13 Rusiya bankının SWIFT sisteminə girişi qadağan edilib, 8 rus mediasının Avropada yayımı qadağan olunub. Ümumilikdə 48 fiziki və 35 hüquqi şəxs “qara siyahı”ya salınıb.
Son qərardan sonra 153 gəmi sanksiya altına salınmış olub. Sanksiyalarda nəzərdə tutulan digər maddələrə əsasən, Rusiyaya tikinti xidmətlərinin, o cümlədən mülki mühəndislik xidmətlərinin göstərilməsi qadağan olunur, malların və texnologiyaların ixracına məhdudiyyətlər gətirilir. Buraya neft və qaz kəşfiyyatı ilə bağlı proqram təminatı daxildir.
Vasif