Tramp USAID-in 2000 əməkdaşını işdən çıxaracaq

Tramp USAID-in 2000 əməkdaşını işdən çıxaracaq

ABŞ administrasiyası Beynəlxalq İnkişaf Agentliyində (USAID) çalışan şəxslərdən 2000 nəfəri ixtisara salacaq. 

 

Sfera.az  “Bloomberg” ə istinadən xəbər verir ki, ixtisarla yanaşı işçilərin əksəriyyəti məcburi məzuniyyətə göndəriləcək, yalnız az sayda işçi saxlanılacaq. 

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) xarici yardımı dayandırmaq qərarının davamı olaraq USAİD-in maliyyəsi xeyli azaldılıb. Maliyyənin azaldılması USAİD-in əvvəlki sayda işçi saxlamağa imkan vermir. İşçilərin ixtisar edilməsi və məcburi məzuniyyətə göndərilməsi addımı federal hakimin Amerikada və xaricdə işləyən minlərlə USAİD əməkdaşını işdən çıxarmağa icazə verməsindən sonra atılıb.

 

Ağ Ev hələlik şərh tələbinə cavab verməyib. Milyarder İlon Maskın Hökumətin Səmərəliliyi İdarəsi ABŞ-nin xarici yardımının əsas paylama mexanizmi və ABŞ-nin xaricdə təsir əldə etmək üçün istifadə etdiyi mühüm “yumşaq güc” vasitəsi olan USAİD-i ləğv etmək səylərinə rəhbərlik edir.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR