Azərbaycanda dollarlaşma azalıb - Gürcüstan liderdir

Cənubi Qafqaz ölkələrində əhalinin əmanətləri arasında ən az dollarlaşma Azərbaycanda, ən çox dollarlaşma isə Gürcüstandadır.
Sfera.az Media Təhlil Mərkəzinin araşdırmasına istinadən xəbər verir ki, Azərbaycanda əhalinin banklarda olan pulunun 34 faizə yaxını xarici valyutada (xarici valyuta kimi əsasən dollardan istifadə edilir - red.), 64 faizi manatla saxlanılıb. Ermənistanda dollarla olan əmanətlərin payı 44 faiz, milli valyuta olan dramda qoyulan əmanətlərin payı 56 faizdir.
Gürcüstanda isə dollarlaşma səviyyəsi olduqca yüksəkdir. Gürcüstanda banklara əmanət yerləşdirənlər pullarının 66 faizini xarici valyutada, 34 faizini milli pul vahidi olan laridə qoyublar. Xatırladaq ki, Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi ən yüksək həddə 2016-cı ildə çatıb. Həmin ildə əmanətlərin 80 faizi xarici valyutada saxlanılırdı.
Dollarlaşma səviyyəsinin yüksək olması milli valyutaların məzənnəsinin sabit olmaması ilə bağlı olur. Azərbaycanda milli valyutanın məzənnəsi daha sabit olduğundan manatla yığımlar da artıb.
Vasif