Logo

Mikayıl Cabbarov "Boston Consulting Group"un idarəedici direktoru ilə görüşüb

Mikayıl Cabbarov "Boston Consulting Group"un idarəedici direktoru ilə görüşüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və baş tərəfdaşı, BCG Henderson İnstitutunun sədri Martin Rivz ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüşdə ölkəmizdə rəqəmsal transformasiyanı, innovativ düşüncə tərzini təşviq edən, dövlət və özəl sektoru bir araya gətirən təşəbbüslərin dəstəklənməsi və ekosistemin qurulması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verilib.

Tərəflər innovasiya və rəqəmsal həllərə dair strategiyaların iqtisadi proseslərə təsiri, qlobal ticarətin şaxələnməsi şəraitində ölkəmizin malik olduğu potensialın dəyərləndirilməsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Mikayıl Cabbarov "Boston Consulting Group"un idarəedici direktoru ilə görüşüb

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR